BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 25 Avqust, 2008 - Published 08:51 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Rusiya parlamenti separatçıların müstəqilliyini tanıdı
 
Duma
Duma da Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyinə səs verib.
Rusiya parlamenti Prezident Dmitri Medvedyevə müraciət edərək Gürcüstanın Abxaziya və Osetiya regionlarının müstəqilliyini tanımasını xahiş edib.

Parlamentin aşağı palatası Duma, yuxarı palatanın - Federasiya Şurasının bu regionların müstəqilliyini dəstəkləməsindən sonra eyni addımı atıb.

Abxaziyanın separatçı lideri Sergey Baqapş və Cənubi Osetiya lideri Eduard Kokotiy parlametdə çıxış ediblər.

Gürcüstan səsverməni ruslar tərəfindən daha bir provokasiya addımı kimi qiymətləndirib.

 "Bu, nasistlərin Avropanı işğalına bərabərdir"
 
Mixail Saakaşvili

Səsvermənin Kremlə aidiyyatı olmasa da, analitiklər hesab edir ki, Qərblə danışıqlarda Dmitri Medvedyev üçün yararlı olacaq.

Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisidə Kabinet üzvləri qarşısında çıxış edərək deyib ki, Rusiya parlamentinin Abxaziya ilə Cənubi Osetiyaya müstəqillik vermək qərarına heç bir vəhclə haqq qazandırmaq olmaz:

"Gürcüstan ərazisinin böyük hissəsi Rusiyanın işğalı altındadır və Rusiya öz qüvvələrini həmin ərazilərdən çıxarmağa tələsmir, əksinə, işğala haqq qazandırmağa çalışır".

Cənab Saakaşvili bu addımı nasistlərin Avropanı işğalı ilə müqayisə edərək deyib ki, Rusiya parlamentinin bu qərarı bütün beynəlxalq qanunlara ziddir.

 Bu, Abxaziya... və Cənubi Osetiya üçün tarixi gündür
 
Sergey Baqapş, separatçı Abxaziya lideri

Rusiya bu ay Gürcüstanla Cənubi Osetiya uğrunda müharibə apardı.

Həm Cənubi Osetiya, həm də Abxaziya 1990-cı illərin əvvəllərində Gürcüstandan de fakto müstəqillik istəyiblər.

Abxaz lideri Sergey Bagapş deyib ki, bu Abxaziya və Cənubi Osetiya üçün tarixi gündür.

Hər iki region Rusiyanın iqtisadi və diplomatik dəstəyindən və hrbi müdafiəsindən faydalansa da, heç bir xarici ölkə onları müstəqil dövlət olaraq tanımayıb.

Ötən həftə Cənubi Osetiya və Abxaziyada minlərlə insan nümayişə çıxıb və Rusiyanı onların müstəqilliyni tanımağa çağırıb.

Abxaziyanın paytaxtı Suxumiyə minlərlə insan toplaşıb, Cənubi Osetiyanın paytaxtı Tsxinvalidə də böyük izdiham müşahidə olunub.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik