BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 24 Avqust, 2008 - Published 15:48 GMT
 
Dostunuza göndərin   Çap versiyası
29-cu Olimpiya oyunları başa çatdı
 
Pekin
Pekin Olimpiadası başa çatdı
2008-ci il Olimpiada oyunlarına bu gün təntənəli sürətdə Pekinin Quş Yuvası stadionunda yekun vuruldu.

Axşam səması heyrətamiz atəşfişəngliklə işıqlanmışdı. Stadion meydançasında isə gümüşü libasda yüzlərlə rəqqas və rəqqasələr təbilçilərin qurduğu çevrədə tamaşa göstərirdi. Stadiondan 200-dən artıq ölkənin dövlət bayraqlarını ucaldan idmançılar keçdilər.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq təntənəli mərasimdə çıxış edərkən Pekin Olimpiya oyunalarını möhtəşəm və heyrətamiz müstəsna bir idman hadisəsi kimi səciyyələndirdi.

 Bu oyunların sayəsində Dünya Çini daha yaxından tanıdı, Çin dünyaya daha da açıq oldu. Dünya Çini, Çin isə dünyanı bir daha kəşf etdi. Bütün bunların hələ uzun illər müsbət bəhrəsi olacaq
 
Jak Roq, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti

J.Roq dedi: "204 Milli Olimpiya komitələrinin təmsil edən idmançılar bu gözqamaşdırıcı yarışlarda biz' öz istedadlarını nümayiş etdirdilər. Yeni idman ulduzlarını gördük, əvvəlki ulduzların çıxışları bizi heyran etdi. Biz onların sevincini də, göz yaşlarını da bölüşdük, və onların bacarıqlarını alqışladıq. Biz burada gördüklərimizi hələ uzun illər unutmayacağıq".

Bundan sonra Jak Roq Olimipya oyunlarının başa çatdığını rəsmən bəyan etdi və Olimpiya bayrağını 4 ildən sonra növbəti Olimipiya oyunlarının sahibi olacaq London şəhərinin merinə təqdim etdi.

Finaldan əvvəl Beynəlxalq Olimpiya komitəsinin prezidenti Jak Roq Olimpiya oyunlarının keçirilməsi və təşkilini yüksək qiymətləndirdi. Təhlükəsizlik və ölkədə insan hüquqlarının vəziyyətinin pis olması, havanın çirklənməsi və səslənən digər narahatlıqlara rəğmən Çin bu Olimpiadanın baş tutmasına nail oldu. Jak Roq dedi ki, Olimpiya oyunlarının əsas nəticəsi odur ki, dünya Çin barədə, Çin də dünya barədə daha geniş təsəvvürlərə malik oldu: "Bu oyunların sayəsində Dünya Çini daha yaxından tanıdı, Çin dünyaya daha da açıq oldu. Dünya Çini, Çin isə dünyanı bir daha kəşf etdi. Bütün bunların hələ uzun illər müsbət bəhrəsi olacaq".

Olimpiadada ən çox qızıl medal qazanan öılə Çindir. Qızıl medalların sayına görə ikinci və üçüncü yerdə isə ABŞ və Rusiya gedir. Böyük Britaniya 4-cü pillə ilə kifayətlənməli oldu.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik