http://www.bbcazeri.com

Minsk Qrupu həmsədrləri bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) bu gün birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycan prezidentlərinin Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində konstruktiv iştirakını alqışlayır.

Həmsədrlər "bütün tərəfləri maksimalist təşəbbüslərdən uzaq olmağa" çağırıblar.

Vasitəşilər hesab edir ki, tərəflər "hərbi nitqlərdən qaçaraq, problemin sülh yolu ilə çözüm yolunu birgə axtarmaldırlar".

Həmsədrlər Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə yeni görüşləri gözlədiklərini də vurğulayıblar.