http://www.bbcazeri.com

03 İyul, 2008 - Published 08:20 GMT

Neftin qiyməti artmaqda davam edir

Sinqapurda bir barel neft 140 dollara satılıb.

Daha öncə eyni proses London və Nyu Yorkda baş verib.

Bu arada ABŞ hökuməti elan edib ki, neft ehtiyatları gözlənildiyindən aşağı düşüb.

Ötən il ərzində qlobal neft qiymətləri iki dəfə artıb.

2008-ci ilin başlanğıcından bu yana isə qiymətlər 45% artıb.