03 İyul, 2008 - Published 08:34 GMT
Türkiyənin hakim AK partiyasının üzvləri partiyanı ölkənin ən ali məhkəməsində onun bağlanmasına yönəlmiş ittihamlar əleyhinə müdafiə etməkdədirlər.
Siyasi islama söykənmiş kökləri olan bu partiya özünün Türkiyənin dünyəvi statusuna hədə olduğunu inkar edir.
Baş prokuror partiyanın buraxılmasına və onlarla üzvün siyasətlə məşğul olmasına qadağa qoyulmasına çağırıb.
Bu həftə əvvəli Türkiyədə siyasi gərginlik artıb.
Buna səbəb təqaüddə olan iki generalın həbsi olub.
Onların hərbi çevrilişi təşkil etməyə cəhd göstərdiyi iddia edilib.