http://www.bbcazeri.com

02 İyul, 2008 - Published 09:10 GMT

Ulan-Bator iğtişaşlarında 4 adam ölüb

Monqolustanda ötən həftə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı etiraz çıxışlarında 4 nəfər həlak olub. Onlarla adamın xəsarət aldığı bildirilir.

Paytaxt Ulan-Batorda ölənlərdən ikisi güllə yaralarından keçinib.
Daha ikisinin ölüm səbəbləri müəyyən edilməyib.

İyunun 29-da başlayan mitinqləri dağıtmaq üçün dəyənək, rezin güllə və gözyaşardıcı qazdan istifadə edilmişdir.

Toqquşmalarda çox sayda hüquq-mühafizə orqanları əməkdaşlarının xəsarət aldığı xəbər verilir.

76 yerlik ali qanunverici orqan – Xalq Xuralına ötən həftəki seçkilərin nəticələrinin saxtalaşdırıldığını deyən müxalifət liderləri tərəfdarlarını küçələrə çıxmağa çağırandan sonra paytaxtda vəziyyət kəskin şəkildə gərginləşmişdir.

Sabiq kommunist partiyası səsvermədə 45, müxalifətdə olan Demokrat 21 səs qazana bilmişdir.

Gözlənilir ki, parlament vəziyyətlə bağlı növbədənkənar sessiya çağırmalıdır.

Amerika səfirliyi baş vermiş zorakılıqla bağlı narahatlığını bildirib.

Bəzi məhəllələrdə nəqliyyatın hərəkatı ya qadağan edilib ya da ki, məhdudlaşdırılb.

Ulan-Batorda fövqəladə vəziyyət qüvvədə qalır.