|
Çaypulu mübahisə mövzusuna çevrilib?
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Britaniya hökuməti bildirib ki, mehmanxana, bar və restoranlarda çaypulundan işçilərin əmək haqqını minimal səviyyəyə çatdırmaq
üçün istifadə edilmək təcrübəsi qadağan olunacaq.
Qadağa ölkədə minimal əmək haqqının müəyyən edilməsindən 10 il keçmiş elan olunur. Hazırda Britaniyada qanunla minimum əmək haqqı saatda 11 dollardan aşağı təşkil edir. Bu günəcən mehmanxanalar, bar və restoranlara öz işçilərinə bu məbləğdən az əmək haqqı ödəməyə icazə verilirdi, çünki menecment həmin işçilərə müştərinin onlara yaxşı xidmətə görə verdiyi çaypulunu saxlamağa icazə verirdi və bununla da onların aşağı əmək haqqını bir növ qanunla müəyyən edilmiş minimal səviyəyə çatdırmiş olurdu. Lakin həmkarlar ittifaqı iddia edirdilər ki, bu qeyri-ədalətsizlikdir ki, ofisiantlar və xidmət sahəsində çalışan digər işçilər ağır əməkləri sayəsində əlavə pul qazanmalıdırlar, yəni, onların da minimal əmək haqqı olmalıdır. İndi Britaniyada minimal əmək haqqı tətbiq ediləndən 10 il keçmiş hökumət belə bir arqumentlə deyəsən razılaşır. Bu istiqamətdə kampaniya aparanlar qərardan xeyli məmnundurlar. Həmkarlar İttifaqından Derek Simpson deyir ki, qadağa həm işçilər, həm müştərilər üçün hər şeyi daha ədalətli edəcək: "Aşağı maaşlı adamlar bizim pozuntu adlandırdığımız belə hallarla üzləşməməlidirlər. Minlərlə insan çaypulu verərkən həmin pulun onlara restoranda xoş üz və yaxşı xidmət göstərənin cibinə gedəcəyini zənn edir. Əslində isə pul restoranın gəlirinə əlavə olunur. Amma restoranın gəliri menyudan gəlməlidir." Bəzi restoran sahibləri xəbərdarlıq ediblər ki, yenilik əslində işçilərin vəziyyətini pisləşdirəcək. Çünki onlar daha çox vergi ödəməli olacaqlar. Lakin kampaniya fəalları deyirlər ki, bunda əmin olmaq mühümdür ki, ofisiantlar onlara düşən əmək haqqını almalıdırlar, müştərilər isə əmin olmalıdırlar ki, onların yemək hesabının üstünə qoyduğu çaypulu məhz onların həmin pulu verdiyi şəxsin cibinə gedəcək. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||