|
İran möhləti rədd edib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İran bu həftəsonuna kimi qoyulmuş möhləti rədd edib
Fövqəldövlətlər bu vaxtı uranın zənginləşdirilməsi proqramının dayandırılması əvəzində stimullaşdırıcı təklifə cavab vermək üçün vermişdilər. İranın xarici işlər naziri Manuçehr Möttəki deyib ki, İran məsələ ilə bağlı irəli sürdüyü təkliflərə cavab vermək üçün dünyanın aparıcı ölkələrinin cavabını gözləyir. ABŞ deyir ki, İran şənbə gününə kimi təklifə cavab verməsə, əlavə sanksiyalarla üzləşə bilər. ABŞ və onun müttəfiqləri bildirirlər ki, zənginləşdirmə proqramından nüvə silahlarının əldə edilməsi üçün istifadə edilə bilər. İran isə iddia edir ki, bu proqram sülh məqsədləri üçündür. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||