BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Radovan Karaciç Haqa Tribunalına çıxarıldı
 
Radovan Karaciç
Karaciç 13 il idi ki, axtarışda idi
Axtarışı 13 il əvvəl elan ediləndən sonra Bosniya serblərinin sabiq lideri Radovan Karaciç BMT-nin hərbi cinayətlər üzrə Haqa Tribunalına çıxarılıb.

Cənab Karaciç məhkəməyə çıxarılarkən üzü qırxılmış idi. Onun əynində qara kostyum var idi.

Hakim Alfons Orie ona qarşı irəli sürülən ittihamların icmalını oxuyub.

Buraya soyqırım, insanlığa qarşı və hərbi cinayətlər ittihamları daxildir. Siyahıya Srebrenitsada Bosniya serb qüvvələri tərəfindən minlərlə dinc sakinin qətlə yetirilməsi, Sarayevoya raket zərbələrinin endirilməsi, bu proses zamanı şəhər sakinlərini qətlə yetirmək və terrora məruz qoymaq da aid edilib.

Cənab Orie deyib ki, cənab Karaciç Bosniya serb qüvvələri tərəfindən törədilən cinayətlərdən agah olub, amma onların qarşısını almaq üçün heç bir tədbir görməyib.

Cənab Karaciç ilkin dinləmədə özünü təmsil edəcəyini bildirib. Amma o, gözəgörünməz məsləhətçisinin də olduğunu vurğulayıb.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik