|
Altsgeymer xəstəlyinin çarəsi tapılıb
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Altsgeymer əsasən yaşlı insanların mübtəla olduğu dəhşətli xəstəlikdir. Onun törətdiyi ən pis nəticə insanın getdikcə ağlını
itirməsidir.
Bu xəstəliyə düçar olanlar süst və başqalarından asılı vəziyyətdə qalırlar. Bu xəstəliyə dünya boyunca milyonlarla insan yoluxur. İndi yeni bir dərman kəşf edilib və onun köməyilə insanın ağlını itirməsinin qaşrısını almaq mümkün olub. Rember adlanan bu dərman altsgeymer nəticəsində ağlın itirilməsi halını 80 faizədək zəiflədə bilir. Bu tədqiqatı professor Klaud Vişik aparıb. Britaniya alimləri altsgeymer xəstəliyinin inkişafının qarşısını ala biləcək yeni dərman kəşf ediblər. Rember adlanan dərman 321 xəstə üzərində sınaqdan keçirilib və nəticədə məlum olub ki, üzərində sınaq aparılan xəstələrdə əqli çatışmazlığın qarşısını 81 faiz hallarda almaq mümkün olub. Aberdin Universitetinin alimləri deyib ki, dərman beyində xüsusi proteinin yaranmasını hədəfə alıb. Altsgeymer xəstəliyini araşdıran ekspertlər nəticələr barədə optimist olsalar da, daha çox sınaqlara ehtiyac olduğunu bildiriblər. Nəticələri altsgeymer xəstəliyi üzrə beynəlxalq konfransda təqdim edən professor Klaud Vişik deyib ki, dərman 2012-ci ilədək satışda olacaq. Üzərində sınaq keçirilən xəstələrə 30,60 və 100 milliqramlıq dərmanlar verilib. 60 milliqramlıq doza daha yaxşı effekt verib. 50 həftə sonra xəstənin ağlını itirməsi şiddəti azalmağa doğru gedib. 19-cu ayda isə dərmanı qəbul edən xəstələrdə əqli funksiyada geriləmə müşahidə edilməyib. Araşdırma göstərir ki, dərman beynin yaddaş hissəsinə də böyük təsir göstərə bilər. Beynin daxilindəki azmış protein kütlələri ilə altsgeymer xəstəliyi arasında əlaqə hələ 100 il bundan əvvəl aşkara çıxarılıb. Tau adlanan proteindən yaranan azmış kütlələr yaddaş hüceyrələri içərisində toplaşaraq onları məhv edir. Professor Vişik BBC-ə müsahibəsində deyib "55 yaşlı qadının beynində altsgeymerin əlamətlərilə bağlı araşdırma aparılanda məlum oldu ki, bu beyin hüceyrələrinin daxilində əmələ gəlmiş yeni növ tellərdir. Mən Kembricdə olanda bunun üzərində işlədim. Biz ilk dəfə bu azmış tellərin beyində Tau adlanan proteindən yarandığını sübut edən alimlər olduq. Tau proteini yolunu azır və yanlış tellər arasında özünə yer edir" Rember Tau proteinlərini hədəfə alaraq xəstələri müalicə edən ilk dərmandır. Bundan əvvəlki dərmanlar isə beyindəki lazımsız proteinlərlə mübarizə üçün nəzərdə tutulmuşdu. Cənab Vişik bu dərmanı 20 il əvvəl təsadüfən kəşf edib. O zaman sınaq borusuna təsadüfən düşən damcı tau proteinin yoxa çıxması ilə nəticələnmişdi. Dərmanın daha geniş sınağı 2009-cu ildə başlayacaq. Alimlər indi bu dərmanın xəstəliyin lap başdan qarşısını almağa qadir olub-olmadığını araşdırırlar. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||