|
"Türkiyə demokratiyası möhkəmlənəcək"
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan deyib ki, ölkədəki siyasi parçalanmanı aradan qaldırmaq üçün səyləri artıracaq.
Dünən Konstitusiya Məhkəməsində AK partiyasının bağlanması səyləri baş tutmayıb. 11 hakimdən altısı baş prokurorun islamçı kökləri olan AK partiyasının Türkiyənin dünyəvi konstitusiyasını hədə altına aldığı barədə iddiasını dəstəkləyib. Amma partiyanın bağlanması üçün tələb edilən yeddi səsi toplamaq mümkün olmayıb. Cənab Ərdoğan bu nəticəni salamlayaraq deyib ki, Türkiyə demokratiyası möhkəmlənəcək. O bildirib ki, Məhkəmənin qərarı Türkiyənin Avropa İttifaqına qoşulmaq səyləri ilə bağlı qeyri-müəyyənliyi aradan qaldıracaq. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||