BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 İyul, 2008 - Published 10:58 GMT
 
Dostunuza göndərin   Çap versiyası
DTT danışıqlarının iflasa uğraması ilə bağlı narahatlıq
 
Piter Mandelson
Avropa İttifaqı ticarət komissarı Piter Mandelson danışqıların nəticəsiz sona çatmasını "ümumi uğursuzluq" adlandırıb.
Dünya Ticarət Təşkilatı çərçivəsində ticarətin liberallaşmasına dair danışıqların iflasa uğraması ilə bağlı narahatlıq ifadə olunmaqdadır.

Kenya hökumət başçısının müavini deyib ki, danışıqların nəticəsiz sona çatması yoxsulluqla mübarizə proqramının sona çatması deməkdir.

Çin danışıqların iflasa uğramasını dünya iqtisadiyyatı üçün ciddi “zərbə” adlandırıb.

Avropa İttifaqı ticarət komissarı Piter Mandelson Çinin dediklərinə şərik çıxır.

"Danışıqlar ümumi uğursuzluqdur”, - deyib Piter Mandelson.

Cenevrədə keçən danışıqların uğursuz olmasında əsas “suçlular” Çin, Hindistan və Amerikadır.

Hər üç ölkə bu və digər şəkildə fermerlərinə həddən ziyadə himayəçilik etməyə çalışır ki, indiyədək mövcud olan qaydalarla ziddiyyət təşkil edir.

Dünya Ticarət təşkilatı razılaşmanın əldə olunacağına ümidvar olduğunu deyib.

“Biz cəhdlərimizi dayandırmayacağıq ”, - deyib təşkilatın nümayəndəsi Paskal Lami.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik