BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 İyul, 2008 - Published 08:24 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Bosniya serblərinin sabiq lideri artıq Haaqaya gətirilib
 
Belqradda nümayiş
Karaciçin extradisiyasının əleyhinə Belqradda etiraz mitinqi keçirilmişdi.
Hərbi Cinayətlər Üzrə Beynəlxalq Məhkəmənin qaydalarına əsasən tibbi müayinədən keçdikdən sonra Radovan Karaciçə rəsmi ittiham oxunacaq.

Hərbi cinayətlərdə ittiham olunun 63 yaşlı sabiq liderin məhkəmə prosesi yaxın günlər ərzində başlamalıdır.

Karaciçin vəkilləri onun ekstradisiyasını mümkün qədər təxirə salmağa cəhd göstərsələr də bu nəticə verməmişdi.

BETA agentliyinə istinadən Serbiya hökumətinin üzvü, ədliyyə naziri Snejana Maloviç Radovan Karaciçin məhkəməyə təhvil verilməsi barədə qərarı şəxsən imzalayıb.

Ötən gün yerli vaxtla saat 3.45 Karacıç təhlükəsizlik xidməti əməkdaşlarının müşayiətilə Belqrad hava limanına gətirilərək Hollandiyaya yola salınmışdı.

13 il axtarışda olduqdan sonra həbs edilən Bosniya serblərinin sabiq lideri ona qarşı irəli sürülən ittihamları rədd edir.

Karacıç bildirib ki, məhkəmədə vəkil tutmadan özü özünü müdafiə etmək niyyətindədir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik