BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 İyul, 2008 - Published 13:59 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Olimpiya Komitəsi bəyanatına görə Çindən üzr istəyib
 
İnternet kafe
Beynəlxalq Olimpiya Komitəsinin yüksək rütbəli rəsmisi jurnalistlərin internetə girişi ilə bağlı çaşdırıcı bəyanatlara dair üzr istəyib.

Çin rəsmiləri bildirmişdir ki, xarici jurnalistlərin gələn həftə Pekində başlayacaq olimpiya oyunları zamanı internetə tam sərbəst girişinə icazə verilməyək.

Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sözçüsü Sun Ueyd jurnalistlərə deyib ki, bəzi vebsaytlar, o cümlədən Falunq Qonq hərəkatının internet səhifəsi bağlanacaq.

Argentinalı internet jurnalisti Fabian Tetelbom deyib ki, belə vəziyyətdə çalışmaq olduqca çətindir.

"Mən bəzi səhifələrə qadağa qoyulduğunu gördüm. Məsələn, Amnesty İnternational. Tibetlə bağlı Vikepediyada informasiya əldə etmək istəyirdim. Bu qeyri-mümkün idi."

7 il əvvəl olimpiya oyunlarını keçirmək üçün ərizə təqdim edəndə çin hökuməti söz vermişdi ki, jurnalistlərin internet səhifələrinə girişi məhdudlaşdırılmayacaq.

Beynəlxalq Olimpiya Komitəsi məsələni araşdıracağını bildirmişdi.

Komitənin mətbuat komissiyasının başçısı Kevin Gosper vəziyyətə dair açıqlama vermək məcburiyyətində qalıb.

South China Morning Post qəzetinə müsahibəsində o deyib ki, intertdən tam, azad və açıq şəkildə istifadə vədi verilib.

Amma indi ona məsləhət veriblər ki, Beynəlxalq Olimpiya Komitəsinin bəzi rəsmiləri çinlilərlə müəyyən səhifələrin qapalı olacağına dair müzakirələr aparıblar.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik