BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 29 İyul, 2008 - Published 12:27 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Avropa ilə Serblərin yaxınlaşması "təxirə" salınır
 
Radovan Karaciçin portretləri
Avropa nümayəndələri bildiriblər ki, müvafiq qərar Radovan Karaciçin Haaqa məhkəməsinə təhvil verilməsindən sonra nəzərdən keçirilə bilər.

Brüsseldə keçən görüşdə qeyd olunub ki, Serbiya ilə yaxın əlaqələr bilavasitə Belqradın Haaqa məhkəməsi ilə əməkdaşlığından asılıdır.

Avropa Birliyinə var-gücü ilə can atan Serbiya hökuməti ümid edir ki, Radovan Karaciçin həbsi qurumun hazırkı üzvlərini inandıra biləcək ki, Belqrad hökuməti Balkan müharibəsinin acı irsini aradan qaldırmaq əzmindədir.

Avropa Birliyi bildirib ki, bu həbs Serbiyanın quruma daxil olmasını daha asan və hamar edəcək.

Lakin dərhal irəliləyişin olmadığı Brüssel görüşü Serbiyanı, yəqin ki, bir qədər məyus etmiş olur.

Ümidlər var idi ki, Avropa Birliyi üzvlük əlaməti kimi Serbiyaya əlverişli ticarət şərtləri təklif edəcək.

Bununla belə, Avropa Birliyinin hazırki üzvləri bütün əlamətlərə görə, Karaciçin Serbiyadan ekstradisiyasını və daha sonra Belqradın Haaqa beynəlxalq tribunalı ilə necə əməkdaşlıq edəcəyini gözləyəcəklər.

Serbiya hələ də bu ilin sonuna qədər Avropa Birliyinə üzvlük ərizəsini verəcəyini deyir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik