|
Kommersiya təyinatlı kosmik gəmi nümayiş etdirilib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kaliforniyanın Mohave səhrasında məxfi şəraitdə işlənilib-hazırlanan "Ağ Cəngavər İki" adlı kosmik gəmini ictimaiyyət ilk
dəfə görə bilib.
Planlara görə 35 kilometr yığdıqdan sonra "Ağ Cəngavərin" göyərtəsində olan kosmoplan öz səyahətini müstəqil şəkildə davam etdirərək ekipaj və sərnişinləri yer kürəsindən 110 kilometr yüksəkliyinə çatdırmalıdır. Açıq kosmosa səyahətini davam edən kosmoplan 6 adam daşıya biləcək ki, onlardan 4 sərnişin olacaq. Sərnişinlər 110 kilometr yüksəklikdə çəkisizlik şəraitində 4 dəqiqə ərzində doğma planetlərini müşahidə edə biləcəklər. Bu ilin payızında "Cəngavər" gəmisi sertifikasiyadan keçib ilk uçuşa çıxmalıdır. Həm gəmi həm də kosmoplanın sınaq uçuşları isə 2009-cu ilin sonunda gözlənilir. Bir neçə dəqiqə ərzində qravitasiyadan azad olmaq istəyən 250 nəfər artıq əvvəlcədən biletləri sifariş edərək adam başına 200 min dollar pul ödəyiblər. Kosmosa uçacaq potensial turistlərin arasında iki rusiyalı ailənin də olduğu xəbər verilir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||