BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 28 İyul, 2008 - Published 16:12 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycanda prezident seçkiləri oktyabrın 15 təyin edilib
 
Məzahir Pənahov
Qərar dərc olunduğu gündən qüvvəyə minəcək. Mərkəzi Seçki Komissiyasının rəhbəri bu ilki seçkilərin demokratikləşdirilməsi məqsədilə görüləcək işlərə də aydınlıq gətirib.

Azərbaycan Respublikasının seçki məcəlləsinə əsasən, Azərbaycanda prezident seçkiləri prezidentin səlahiyyətlərinin son ilinin oktyabrının 3-cü çərşənbə günü keçirilməlidir.

Bu zaman MSK SM-ə müvafiq olaraq, prezident seçkilərinin tarixini elan edir və bu qərarı səsvermədən ən azı 75 gün əvvəl dərc edir. MSK -nın rəhbəri MəzahirPənahovun sözlərinə görə, bu dəfə rəhbərlik etdiyi qurum seçkilərə tələb olunandan qabaq start verməyə nail olub.

Məzahir Pənahov həmçinin start verilən gündən hər bir namizədin MSK müraciət edə biləcəyini , onların sənədlərinin beş gün ərzində yoxlanacağını və təsdiqlənəndən sonra namizədlərə 40 min seçici imzası yığmaq üçün xüsusi vərəqələrin paylanacağını bildirdi. 10 gün müddətində MSK seçici imzalarının həqiqiliyini yoxlayacaq və namizədlər seçkilərə buraxılacaqlar.

Məzahir Pənahov ötən seçkilərdə lazımi qədər səs yığmayan namizədlərə seçkilərdə yenidın iştirak edəcəkləri halda təşviqat üçün pulun ayrıla biləcəyini də istisna etmədi.

Məzahiq Pənahov həmçinin , “Azadlıq” blokunun seçkiləri boykot etmək barədə qərarının seçkilərə heç bir təsir etməyəcəyini və kim namizədliyini veribsə onlarla seçkilərin keçiriləcəyini bildirdi. Müşahidəci institutuna yaradılacaq şəraitə gəlincə isə Məzahir Pənahov söylədi ki, onların arasında bu dəfə geniş maarifləndirmə işi aparılacaq və işlərini peşəkar həyata keçirmək üçün hər cür şərait yaradılacaqdır.

MSK rəhbəri ötən seçkilərdən bu yana seçici siyahıları üzərində də ciddi işin aparııldığını və siyahılara 1,5 milyondan çox düzəlişin edildiyini dedi.

Müşahidəçilər

Amma uzun illərdir ki, seçkiləri müşahidə təcrübəsinə malik olan Seçki monitorinq mərkəzinin rəhbəri Anar Məmmədli Məzahir Pənahov qədər optimist deyil. Onun sözlərinə görə, seşkilərin demokratik keçirilməsinin əsas problemi icra strukturlarının seçki prosesinə müdaxilə etməsidir.

Anar Məmmədli həmçinin müşahidəçi institutunun rolunu artırmaq üçün maarifləndirmə işini artırmaq yox, qanunvericiliyə dəyişiklik edərək müşahidəcilərin səlahiyyətilərinin artırılması və qeydiyyat prosesinin sadələşdirilməsinin vacib olduğunu dedi.

Azərbaycanda seçkilərə bu gün rəsmi start verilsə də artıq təşəbbüs qrupları tərəfindən bir necə şəxsin namizədliyi irəli sürülüb. Onların arasında hazırki prezidenti İlham Əliyev, Azərbaycan naminə ictimai forumun rəhbəri Eldar Namazov, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlunun adları var.

Müsavat partiyası yaxın günlərdə seçkilərə namizəd verib verməyəcəyini müəyyən edəcəyini bəyan edib. Son parlament seçkilərində aparıcı müxalifət partiyalarının birləşdiyi “Azadlıq” bloku isə seçkiləri boykot etdiyini bildirib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik