BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 28 İyul, 2008 - Published 11:47 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Türkiyə: AK Partiyaya qarşı iddia müzakirə olunur
 
AKP
Konstitusiya Məhkəməsinin 11 hakimi AKP-nın ölkənin dünyəviliyinə təhlükə təşkil etdiyi barədə iddiaya əsasən partiyanın bağlanıb-bağlanılmayacağına qərar verəcək.

Türkiyənin Baş prokuroru Abdurahman Yalçınkaya hakim Ədalət və İnkişaf Partiyasını ölkədə dünyəviliyə qarşı yönəlmiş hərəkətlərin "beşiyinə çevrilməkdə" günahlandıraraq, partiyanın bağlanılmasını tələb edib.

Prokuror eyni zamanda baş nazir Rəcəb Tayib Ərdoğan da daxil olmaqla AKP-nin 71 üzvünün siyasi fəaliyyətinə qadağa qoyulmasını istəyir.

Məhkəmənin bu məsələ ilə bağlı iclaslarının bir neçə gün davam edəcəyi gözlənilir.

Konstitusiya Məhkəməsi bu gün başlayan müzakirələrin nəticəsində qəbul edəcəyi qərarla 4 aydan artıq davam edən prosesdə son nöqtəni qoyacaq.

Müxbirlərə istinadən hakim partiya proseslə bağlı kifayət qədər optimist əhval-ruhiyyədədir.

Son günlər keçirilən bir ictimai rəy sorğusunun iştirakçılarının 60 faizi partiyanın bağlanmaması, 40 faizi isə bağlanmasına tərəfdar olublar.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik