BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 22 İyul, 2008 - Published 12:10 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Karaciç klinikada həkim işləyirmiş
 
Radovan Karaciç
Radovan Karaciç
Bosniyadakı olaylarla bağlı Beynəlxalq Tribunal tərəfindən hərbi cinayətlərdə ittiham olunan Radovan Karaciçin həbsinə order hələ 1995-ci ildə verilmişdir.

"Xüsusi qüvvələr tərəfindən həbs edilən Karaciçin artıq Belqradda müstəntiqlərlə görüşü olub", - deyilir Serbiya informasiya agentliklərinin bülletenlərində.

Bu məlumatı Serbiya lideri Boris Tadiçdə təsdiq edib.

Radovan Karaciç BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsi tərəfindən Bosniyada etnik zəmində təmizləmələrlə bağlı dindirilməlidir.

BMT sənədlərinə əsasən 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində Karacıçın başçılıq etdiyi qüvvələr tərəfindən 8 minədək müsəlman kişisi və oğlan uşağı qətlə yetirilmişdi.

Yuqoslaviyanın dağılması vaxtı baş verən qətllərdə ittiham edilən digər serb lideri Ratko Mladiçin axtarışının nə yerdə olduğu barədə məlumat verilmir.

İndiyədək bir çoxları axtarışların uğursuzluğunu Serbiya elitasının məxfi dəstəyi ilə bağlayırdılar.

Haaqa məhkəməsinin nümayəndəsi serb liderinin həbsini alqışlayaraq bunu Belqradın nailiyyəti adlandırıb.

“Bu hadisə göstərəcək ki, ədalətdən gizlənmək mümkün deyil”, - deyib Serj Brammerets .

Karaciş ona qarşı irəli sürülən ittihamları rədd edərək, BMT Məhkəməsinin səlahiyyətlərini tanımadığını bildirmişdir.

1990-cı illərin əvvəllərində Yuqoslaviyanın zorakılıqla dağılmasının soyuq müharibə sonrasını yaşayan dünyada necə eyforiya yaratdığını indi çoxları çətin xatırlayar.

Berlin divarlarını uçurulmasında cəmi bir il sonra və yenid dünya düzəni barədə vədlərin səsləndiyi bir dövrdə balkanlar alov içərisində idi.

O qarışıq zamanlardan 12 ilə yaxın vaxt keçib. və artıq radovan karaciçin həbsi balkanların tarixi üçün mühüm məqamlardan biridir. belə görünür ki, uzun illər

Yuqoslaviyanın dağıdılmasında əsas rolun ifaçısı kimi tanına serbiya indi hımin müharibənin yükünü arxada qoymaq niyyətindədir.

Amma bəs niyə indi?

Bir çox təhlilçilər hesab edir ki, bu Belqradda Avropa Ittifaqına mümkün qədər tez qoşulmaq əzmini əks etdirir.

Çünki serbiya ehtiyat edir ki, Avropa İttifaqının bəzi üzvləri arasında təşkilatın genişlənməsinə həvəssizlik ortaya çıxa bilər.

Əlbəttə ki, beynəlxalq axtarışda olan cinayətkarları həbs etmək avropa birliyinin serbiyanın namizədliyi üzərinə qoyduğu şərtlərdən biri olaraq qalır.

Son addımlar Sebriyanın Avropa İttifaqına və NATO-ya üzvlüyününü strateji baxımdan hədsiz əhəmiyyətli edir.

Bosniyadakı olaylarla bağlı Beynəlxalq Tribunal tərəfindən hərbi cinayətlərdə ittiham olunan Radovan Karaciçin həbsinə order hələ 1995-ci ildə verilmişdir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik