BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 03 İyul, 2008 - Published 10:28 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Uçuğun yaranma səbəbi açıqlandı
 
Uçuq
Bəzi adamlarda uçuq tez-tez peyda olur

Amerikalı alimlər uçuğun insan orqanizmində uzun müddət qalmasının səbəblərini aşkar etdiklərini deyiblər.

Herpes simplex virus 1 ( HSV-1 ) adlanan bu virus üz sinirlərində olur və mütəmadi olaraq üzə çıxır.

Nature dərgisində dərc olunan açıqlamaya əsasən son tapıntı yeni müalicə metodlarına yol aça bilər.

Virusla mübarizə apararkən immun sistemi virusun yaratdığı kimyəvi proteinlərdən asılı olur. İmmun sistemi bu proteinlərdən virusu məhv etmək üçün istifadə edir.

Herpes virusu bu proteinlərin hasilatını tamamilə dayandıraraq immun sisteminin hücumundan yaxa qurtara bilir. Virus bu vəziyyətdə uzun müddət qala bilir.

Buna görə də bir dəfə uçuqdan əziyyət çəkən bəzi adamlarda bu hal mütəmadi olaraq təkrarlanır. Belələri bu infeksiyadan yaxa qurtarmaqda çətinlik çəkirlər.

Buna baxmayaraq, HSV-1 daha bir maddə yaradır ki, alimlər uzun illərdir ki, bundan çaş-baş qalıblar.

Bu, virusun DNT-dən nüsxələnən genetik informasiyanın bir telidir. Başqa viruslarda RNA adlanan bu tel virus üçün yararlı olan protein yaradır. Amma bu herpesə aid deyil.

Duke Universitetinin araşdırma qrupunun fikrincə, bu, virusun "yatılı" vəziyyətdə olmasına kömək edir. Dəstə RNA-lərin siçanlara təsirini öyrənmək üçün sınaqlar keçiriblər.

Onlar aşkar ediblər ki, gizli RNA-lər daha kiçik hissələrə parçalanıblar. Mikro RNA adlandırılan bu hissəciklərin virusu oyadan proteinlərin qarşısını aldığı aşkar edilib.

Yəni bunlar virusun yatılı vəziyyətdə qalmasına kömək ediblər.

Araşdırma işinə başçılıq edən professor Brayən Kallen bunları deyib:

" Bu bizə HSV-1 virusunu molekul səviyyəsində dərk etməyə kömək edib. Onun gizlənməsini, yatılı və fəal vəziyyətdə olmasını öyrənməyə yardım edib. "

O deyib ki, çıxış yolu kimi herpes virusunu daimi olaraq yatılı vəziyyətdə saxlamaq üçün dərmanlardan istifadə edilə bilər.

" Çox güman ki, növbəti bir neçə il ərzində biz belə RNA maddələri olan immun çatışmazlığı kimi bir çox viruslar aşkar edəcəyik. "

Tibbi Araşdırma Şurasından professor Rocer Everet deyib ki, son araşdırma işi uzun zamandan bəri mövcud olan problemin həllində irəliyə doğru addımdır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik