BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 03 İyul, 2008 - Published 13:56 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Rusiya prezidenti iki günlük səfər proqramı ilə Bakıya gəlib
 
Dmitri Medvedev
Dmitri Medvedevin Azərbaycana ilk səfəri olan bu ziyarət onun MDB ölkələrinə sayca ikinci səfəridir.

Azərbaycan paytaxtında bu günkü təmaslar zamanı tərəfləri maraqlandıran əsas məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı xəbər verilir.

Bu günkü Azərbaycan-Rusiya danışıqları Azərbaycan prezidentinin şəhər kənarında yerləşən Zaqulba iqamətgahında keçirildi və təmaslar əvəvlcə dövlət başçıları arasında təkbətək, daha sonra isə geniş tərkibli nümayəndə heyətləri çərçivəsində davam etdi.

Təmasların bu hissəsi bitəndən sonra tərəflər Azərbaycan və Rusiya arasında dostluq və strateji əməkdaşlığa dair bəyannaməyə, habelə 4 hökümətlərarası sazişə imza atdılar.

Danışıqlar zamanı Medvedev Azərbaycanı Rusiyanın Qafqazda strateji tərəfdaşı kimi xarakterizə etdi.

O habelə dedi ki, ölkələr arasında iqtisadi münasibətlər sürətlə genişlənir.

" İndi ikitərəfli əmtəə dövriyyəsinin həcmi 2 mlrd. dollara çatmaq üzrədir və artım tendensiyası davam edir. Əmtəə dövriyyəsi isə yalnız enerji məhsullarından ibarət deyil".

Dövlət başçıları danışıqlarda "Qazprom"un təklifi mövzusuna birbaşa toxunmadılar.

Amma Medvedevi Bakı səfərində müşayiət edən "Qazpromun" rəhbəri Miller rus jurnalistlərinə bildirib ki, Qazprom Azərbaycandan "maksimal həcmdə qaz almaq arzusundadır" və bu barədə fikir mübadiləsi aparılır.

Amma Azərbaycan tərəfinin bu təklifi hələ nəzərdən keçirdiyi deyilir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik