|
Roman Abramoviçin istefası təsdiqləndi
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Prezident Medvedev Rusiyanın ən zəngin adamlarından biri olan Roman Abramoviçin istefasını təsdiq edib.
Cənab Abramoviç Çukotka regionunun qubernatoru idi. O bu vəzifəyə səkkiz il əvvəl seçilib. Roman Abramoviç Çukotkada olduqca populyar adam idi. Əhalisi sıx olan Çukotka Rusiyanın şimal-şərqində yerləşir. Onun populyarlığına səbəb isə sosial xidmətlərə yatırımlar etməsi olub. Beynəlxalq aləmdə cənab Abramoviçi Londonda yerləşən Çelsi futbol klubunun sahibi kimi tanıyırlar. Roman Abramoviçin istefasının səbəbləri bilinmir. O, var-dövlətə neft sənayesində işləməklə sahib olub. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||