BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
İnqrid Betankort azad edilib
 
Prezidentliyə keçmiş namizəd İnqrid Betankort
FARK üsyançıları Kolumbiyanın gizli dağlıq ərazilərində 700-ə qədər girov saxlayırlar
İnqrid Betankort daxil olmaqla girovların azad edilməsi FARK üsyançılarının əlindən mühüm alətlərdən birinin çıxması deməkdir.

Lakin onlar hələ də yüzlərlə digər girovu saxlamaqdadırlar.

Bəs görəsən, həyata keçirilmiş bi xilasetmə əməliyyatı Kolumbiya üsyançılarına dəyən zərbə kimi onları nə qədər zəiflədib?

Təxminlərə görə, FARK üsyançıları Kolumbiyanın gizli dağlıq ərazilərində 700-ə qədər girov saxlayırlar.

Bunların arasında ən mühümü prezidentliyə keçmiş namizəd İnqrid Betankort idi.

Girovlar məsələsində üsyançılar hökümətlə münasibətlərdə alver aləti kimi istifadə edir.

Çoxmilyonlu mükafatlar vəd etməklə hökümət üsyançıları silahlarını yerə qoyub təslim olmağa sövq edir. Son 1 il ərzində 2000-ə yaxın üsyançı hökümət qüvələrinə təslim olub.

Amma bu, hələ üsyançı hərəkatının sonu demək deyil, bəlkə də sonun başlanğıcıdır.

Çox sayda girov saxlamaqla və narkotik alveri yolu ilə milyonlarla dollar pul əldə etməklə üsyançılar elə bir qüvvəyə malikdirlər ki, bununla hesablaşmamaq olmaz.

Amma İnqrid Betankortun azad edilməsi Kolumbiya hökümətinə dividend qazandırmaqla, üsyançılara daha bir ağır zərbə kimi qəbul edilməlidir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik