|
Aralıq Dənizi pəhrizi xərçəng risqini azaldır
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu ölkələrdə meyvə və tərəvəzdən çox istifadə edirlər.
Alimlər deyirlər ki, Aralıq Dənizi sahillərindəki ölkələrin pəhrizindən bir-iki elementi götürmək xərçəng təhlükəsini 12% azaldır. 26 000 yunan arasında keçirilən sorğu göstərib ki, zeytundan istifadə etməklə təhlükəni 9% azaltmaq mümkündür. Britaniyanın Xərçəng Dərgisi yazır ki, bu ölkələrin pəhrizinə eləcə də meyvə-tərəvəz və az həcmdə ət daxildir. Aralıq Dənizinin sahillərindəki ölkələrin pəhrizini öyrənəndən sonra İspaniya və Yunanıstan kimi ölkələrdə ürək xəstəliklərindən əziyyət çəkənlərin sayının az olduğu aşkar edilib. Tədqiqatçılara bəlli olub ki, bu ölkələrdə yaşayanlar qırmızı ətdən az istifadə edərək, əsasən meyvə-tərəvəz və balıq yeyirlər. Yeməklər isə zeytun yağında bişirilir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||