|
İran lideri Ayətulla Ali Xameneyinin aparıcı müşavirlərindən biri Əli Əkbər Vilayəti deyib ki, Tehran qərbin təklif etdiyi
həvəsləndirmə paketini qəbul edərək uranın zənginləşdirilməsi ilə bağlı böhrana son qoymalıdır.
Sabiq xarici işlər naziri kompromis barədə danışaraq deyib ki, nüvə proqramını dayandırmaq əvəzində İran bir sıra diplomatik
və iqtisadi güzəştlərə nail ola bilərdi.
Cənab Vilayəti deyib ki, avropa ölkələri danışıqlar istəyir və buna görə də müzakirələrə getmək lazımdı.
Vaşinqtonla Brüssel siyasətini müqaisə edən Vilayəti deyib ki, Amerika İranla danışıqların "faydasız olduğunu göstərməyə
çalışır".
BBC İran müxbirinin sözlərinə görə danışıqlar barədə tövsiyələrin qəbul edilməsi İranın siyasətində ən böyük dəyişiklik
sayıla bilərdi.
|