|
Türkiyədə generalların həbsi sarsıntı yaradır
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İddia edilən hökümət çevrilişi cəhdi ilə bağlı istefada olan 2 generalın həbsindən sonra yaranmış narahatlığı yatırmaq üçün
Türkiyənin bir yüksık rütbəli generalı ictimaiyyəti sakitliyə çağırıb.
Nüfuzuna görə Türkiyə hərbiyyəsində ikinci şəxs sayılan general İlker Basbuğ əhalini təmkin olmağa səsləyib. Polisin geniş miqyaslı istintaqı çərçivəsində çərşənbə axşamı 21 nəfər tutulmuşdu. Bu həbslərin edildiyi gün Türkiyənin baş prokuroru məhkəmədə dünyəvi qurumun əsaslarını laxlatdığına görə hakim AK partiyanın bağılanması tələbini səsləndirmişdi. İstefada olan iki generalın həbsi hərbçilərə rəğbət və hörmətlə yanaşan Türkiyədə sarsıntıya səbəb oldu. Qəzetlərin biri polis tərəfindən bir qrup şübhəlinin həbsini bir növ fırtınaya bənzədib. Onları hökumət çevrilişi cəhdi ilə əlaqələndirirlər. Tənqidlər Bu iki keçmiş general hökumətin qatı tənqidçiləri kimi tanınır. Onlardan biri - sərt dünyəvilik mövqeyində duran bir təşkilatın rəhbəridir. Bu təşkilat keçən il hakim AK partiyaya qarşı kütləvi etiraz nümayişlərinin təşkilində iştirak edib. Bu həbslər indiyə kimi bu qəbildən olan ən yüksək səviyyəli şəxslər arasında edilən həbslərdir. İstanbulda əl qumbaraları və partladıcı maddələr tapılandan bəri bir ildən çoxdur ki, istintaq gedirdi. O zamanlardan bəri bir neçə şübhəli şəxs hökumətə qarşı silahlı üsyanın qızışdırılmasında ittiham edilib. Lakin bu hadisələrin təfərrüatlarına dair ictimaiyyətə heç bir məlumat verilmir. Bunun üzündən bəziləri hökuməti onun tənqidçilərinə qarşı əcinnə ovuna başlamaqda günahlandırır. Son həbslər Tükiyənin baş prokurorunun məhkəmədə AK partiyanın dünyəviliyə təhlükə kimi bağlanması tələbi ilə çıxış etdiyi gün həyata keçirilib. Bu iki hadisənin üst-üstə düşməsinin sadəcə təsadüf olduğunu düşünən adamlar azdır. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||