|
Türkiyə Quru Qüvvələri komandanı iki generalın həbsi və iddia edilən çevriliş cəhdi ilə bağlı aparılan istintaqı şərh edərək
təmkinli olmağa çağırıb.
Nüfuzuna görə Türkiyə hərbiyyəsində ikinci şəxs sayılan general İlker Basbuğ deyib ki, Silahlı Qüvvələrə xələl gətirməkdən
çəkinmək üçün sağlam düşüncəyə ehtiyac görür.
İddia edilən çevriliş cəhdi ilə bağlı çərşənbə axşamı Türkiyənin müxtəlif yerlərində bir il ərzində aparılan istintaq nəticəsində
21 adam yaxalanmışdır.
“Bəziləri hökuməti tənqidçiləri susdurmaq kampaniyasında suçlayırlar”, - deyilir BBC müxbirinin İstanbuldan göndərdiyi şərhində.
Hadisələr hakim AK partiyasının bağlanılması ilə bağlı məhkəmə prosesininə təsadüf edir.
|