BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 02 İyul, 2008 - Published 13:03 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Stradivari skripkalarının sirri ağacdadır
 
Stradivari skripkası
Alimlər deyirlər ki, Stradivari skripkalarına məxsus dərin və təkrar olunmaz səs keyfiyyəti bu alət üçün istifadə edilmiş ağacların sıxlığından irəli gəlir.

Hollandiya alimləri klassik skripkaları xüsusi skannerə salaraq aşkar ediblər ki, 300 illik Stradivari skripkalarında ağacın sıxlığı müasir alətlərdəkindən fərglənir.

Alimlərin zənn etdiyinə görə, bu, 17-ci ilə 18-ci əsrin ortalarında yaşamış Antonio Stradivari dövründə ağacların tam başqa iqlim şəraitində bitməsi ilə bağlı ola bilər.

Bizə çatmış 600 qədər Stradivari skripkası, violonçel və gitaraları o dərəcədə dəyərli sayılırlar ki, onlar nadir hərraclara çıxarıldıqda, milyonlarla dollara satılır.

Araşdırmaya başçılıq edən doktor Berend Ştoelin dediyinə görə, onlar aşkar etmişlər ki, yaşı 300 yaxın olan alətlər yay və qış fəslərində daha hamar bitmə izləri özlərində nümayiş etdirirlər.

18-ci əsrin əvvəllərində Günəş fəaliyyətinin bir qədər zəifləməsi bir növ mini buz dövrü yaratmışdır, yayla qış arası fərqlər azalmış və bunun nəticəsi olaraq ağaclar daha yavaş bitməyə başlamışdır.

Və o dövrdən bəri bu kimi iqlim şəraiti artıq təkrar olunmayıb.

Sözsüz ki, ixtiyar yaşlı Stradivari nadir ustalardan biri idi, amma, ola bilsin ki, onun uğurunda bəxti amili də nəzərə alınmalıdır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik