|
Soçidə baş verən partlayışda iki nəfər ölür
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səhər saat 5-də çoxmərtəbəli yaşayış binasında baş verən partlayışda iki nəfər ölüb və 9 nəfər xəsarət alıb.
İşlə bağlı cinayət işi qaldırılıb. 12 mərtəbəli binanın birinci mərtəbəsində baş verən partlayış nəticəsində binanın 3 mərtəbəsi tamamilə dağıdılıb. Sakinlər evakuasiya edilib. Partlayışın səbəbləri arasında "qaz versiyası" yaxından araşdırılır. Ehtimal olunur ki, yalnız elektrik enerjisi ilə təchiz olunan evdə bəziləri qeyri-qanuni olaraq qazdan istifadə edirdilər. Hadisə yerində aşkar edilən qaz sobası buna dəlalət edir. Prokurorluq həmçinin “ partlayıdıcı maddə ilə bağlı” versiyanı istisna etmir. 2014-ci il Olimpia oyunları keçiriləcək Soçi şəhəri uzun müddətdir ki, qeyri-sabit qalan Şimali Qafqaz bölgəsinə yaxındır. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||