|
AŞPA: Azərbaycanda medianın vəziyyətindən narahatıq
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
AŞPA prezidenti deyib ki, Bakı siyasi məhbuslarla bağlı siyasi iradəsini nümayiş etdirməsə sentyabrda bu məsələ üzrə məruzəçi
təyin olunacaqdır.
Luis Mariya de Puç bunları BBC-nin sualına cavabında bildirib. O, həmçinin Estoniyalı deputat, AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkelin Azərbaycanda prezident seçkilərində AŞPA monitorinq missiyasının rəhbəri təyin edildiyini və onunla bərabər 30 parlamentari ölkəyə müşahidəçi qismində gələcəyini deyib. AŞPA prezidenti Luis Mariya de Puçun sözlərinə görə, o, Azərbaycana Avropa Şurası Parlament Assambleyasının iyunun 24-də qəbul etdiyi son qətnamə ilə bağlı gəlib və bununla əlaqəli ölkə rəhbərliyi ilə müzakirələr aparmaq niyyətindədir.
Avropalı qonaq həmçinin təmsil etdiyi qurumun xüsusilə seçki qabağı vəziyyət, medianın durumu və siyasi məhbus problemindən narahat olduğunu deyib. “AŞPA Azərbaycanda medianın vəziyyətindən narahatdır və Assambleyanın son qətnaməsində təkcə jurnalistlərin deyil, digər məhbusların da humanitar nöqteyi-nəzərdən azad edilməsi haqda çağırış var. Avropa Şurasına üzv dövlətlərdə jurnalistlərin həbsi yolverilməzdir”. Əgər hakimiyyət AŞPA qətnaməsini seçkilərə qədər yerinə yetirməsə, Azərbaycana qarşı sanksiya tətbiq edilməsi mümkündürmü? Sualına cavbında isə de Puç bildirdi ki, "hər şey mümkündür". Onun sözlərinə görə, sanksiyalar öhdəliklərini yerinə yetirməyən, insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində AŞ standartlarını tətbiq etməyən istənilən ölkəyə qarşı tətbiq edilə bilər. Sonda AŞPA rəhbəri səfərinin AŞPA qətnaməsinin icrası cəhətdən nəticə verəcəyinə ümid etdiyini bildirib. O həmçinin bildirdi
ki, AŞPA-nın son qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək ifadə olunub.
AŞPA-nın Ermənistan Silahlı Qüvvələri bölmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən ən tez zamanda çıxarılması haqqında
mövqeyi dəyişməz qalır. AŞPA rəhbəri bu mövqeyini iki həftə sonra Yerevanda Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağını
da vurğulayıb. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||