BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Sergey Lavrov Türkiyəyə səfərə gəlib
 
Sergey Lavrov
Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfərə gəlib.

Bu gün Sergey Lavrovun Türkiyə prezidenti Abdulla Gül, Baş nazir Rəcəb Tayib Ərdoğan və xarici işlər naziri Əli Babacanla görüşməsi planlaşdırılır.

Ankaradakı görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı regional və beynəlxaql məsələlərin də müzakirə edilməsi nəzərdə tutulur.

Bəzi mənbələr Lavrovun Türkiyə rəhbərliyi İranın nüvə proqramı məsələsi ilə bağlı da fikir mübadiləsi aparacığını bildirirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən axşam Ankaraya gəldi.

Lakin onun görüşləri əsasən bu günə planlaşdırılıb.

Lavrovun səfəri Türkiyənin xarici işlər naziri Əli Babacanın dəvəti ilə həyata keçirilir və Babacanın fevral ayında Moskvaya həyata keçirdiyi rəsmi səfərə cavab xarakteri daşıyır.

Rusiyanın xarici siyasət idarəsinin başçısının Türkiyə prezidenti Abdulla Gül, Baş nazir Rəcəb Tayib Ərdoğan və xarici işlər naziri Əli Babacanla görüşməsi gözlənilir.

Danışıqlarda Türkiyə-Rusiya münasibətlərində son illərdə əldə edilən irəliləyiş və yeni əməkdaşlıq imkanları müzakirə ediləcək.

Həmçinin iki ülkəni maraqlandıran regional və beynəlxalq məsələlər, enerji layihələrinə dair fikir mübadiləsi aparılacaq.

Türkiyənin kütləvi informasiya vasitələri Sergey Lavrovun Ankaradakı danışıqlarında İranın nüvə proqramı məsələsinə də toxunulacağını bildirirlər.

Bu məlumatlar əsasən Tehrandakı mənbələrə və İrna informasiya agentliyinə istinadən yayılıb.

Ankara bu məlumatı nə təkzib, nə də təsdiq etməyib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik