|
"Politkovskayanı qətlə yetirənlərin yeri məlum deyil"
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sankt-Peterburq şəhərində Avropa ölkələri prokurorlarının görüşündə Yuri Çayka deyib ki, jurnalisti qətlə yetirənlərin yeri
barədə məlumata malik deyil.
“Mən qatillin hansı ölkədə gizləndiyini deyə bilmərəm. Həmin şəxs hələ 2001-ci ildən beynəlxalq axtarışa verilib”, - deyib Rusiyanın Baş prokuroru. Yuri Çayka deyib ki, cinayətdə şübhəli bilinən şəxs bütün təqdirlərdə yaxalanacaq. Ziddiyyət Baş prokurorun çıxışından bir gün əvvəl işi aparan İstintaq Komitəsinin işçiləri qətldə şübhəli bilinən şəxsin Qərbi Avropada gizləndiyini bildirmişdilər. “Biz, hətta onun hansı ölkədə olduğunu da bilirik”, - deyib İstintaq Komitəsinin rəhbəri Aleksandr Bıstrıkin. Ehtimal edilir ki, Rusiyanın hazırda Belçikaya müraciəti məhz bu işlə bağlıdır və xanım Politkovskayanı qətlə yetirməkdə şübhəli bilinən iki şəxsdən birinə aiddir. "İstintaq sona çatıb" Iyunun 18-də prokurorluq istintaqın sona çatdığını bildirmişdir. Lakin jurnalistin həmkarları deyirlər ki, cinayəti sifariş edən və həyata keçirənləri həbs edənədək istintaqın sona çatması barədə bəyanatlara etiraz edəcəklər. İşlə bağlı rəsmi ittiham bir qrup adama təqdim edilmişdir. Lakin cinayətin motivləri və sifarişçilər barədə rəsmi məlumat indiyədək verilməyib. Çeçenistanda vəziyyətlə bağlı məqalələrinə görə tanınan Anna Politkovskaya iki il əvvəl yaşadığı evin darvazasında qətlə yetirilmişdi. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||