BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 02 İyul, 2008 - Published 13:54 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycan Dmitriy Medvedevi qəbul etməyə hazırlaşır
 
Rusiya prezidenti Dmitriy Medvedev
Gözlənilir ki, İyulun 3-də Bakıya iki gülük səfərlə gələn Dmitriy Medvedev Azərbaycanlı həmkarı ilə enerji məsələlərindən tutmuş humanitar sahədə əməkdaşlığa qədər mövzular ətrafında fikri mübadiləsi aparacaq.

Enerji mövzusunun Rusiya prezidenti Vladimir Medvedevin Bakı danışıqları zamanı əsas üstünlük təşkil edən məsələlərdən biri olacağı gözlənilir.

Hər-halda yerli mətbuat iddia edir ki, Rusiyanın bütün Azərbaycan qazını satın almaq təklifi ətrafında fikir mübadiləsi aparılacaq və Medvedev əslində rəsmi Bakıdan "konkret bir cavab almaq istəyir".

Medvedevin Bakıda müzakirə edəcəyi mövzulardan biri kimi humanitar sahədə əməkdaşlıq qeyd olunur. Bu əməkdaşlıq isə həm də rus dilinin burada istifadəsi kimi həssas bir mövzuya aid edilir.

Məsələ ondadır ki, bir müddət əvvəl ölkədə rus telekanallarına və rusca yayımlara qadağa qoyulanda bu, hal Rusiya mətbuatında birmənalı qarşılanmadı.

Bir neçə həftə əvvəl isə rus dilli mətbuatın ümumdünya konqresində çıxış edən Medvedev ad çəkmədən bildirdi ki, Rusiyaya qonşu olan bəzi dövlətlərdə "rus dilini sıxışdırmaq cəhdləri edilir ".

Bu bəyanatın Azərbaycana aid olmadığını hesab edənlər olsa da rus dilinin ölkədəki durumdan narahatçılıqlar səslənməkdədir.

Və mətbuat nümayəndələri buna əsaslanaraq bu mövzunun da müzakirə olunacağını qeyd edirlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik