BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 01 İyul, 2008 - Published 12:01 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Türkiyə Konstitusiya Məhkəməsi AKP-ni bağlayacaqmı?
 
Türkiyə
Baş prokuror Erdoğanın siyasətdən uzaqlaşdırılmasını tələb edir
Türkiyə Konstitusiya Məhkəməsi hakim partiya olan AKP-nin bağlanmasına dair çağırışı dinləməyə başlayıb.

Qapalı məhkəmə iclasında Türkiyənin baş prokuroru məhkəməyə söyləyib ki, kökü siyasi islama söykənən partiya ölkənin dünyəvi respublika kimi rəsmi statusuna hədədir.

Əvvəlki ittihamnamədə AKP Türkiyədə şəriət qanunlarını tətbiq etmək cəhdində günahlandırılırdı.

Prokurorun AKP-nin yaxınlarda universitet və ali təhsil ocaqlarında başörtüyünə qadağanı ləğv etmək səylərinə diqqət çəkəcəyi gözlənilirdi.

AKP cümə axşamı öz mövqeyini müdafiə etməlidir.

BBC-nin Ankaradakı müxbirinə əsasən, bu məhkəmə işi Türkiyədə normal siyasi həyatı iflic halına salıb və xarici investorlaru qorxudub.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik