|
Xarici hərbi müdaxilə nə zaman mümkündür?
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
BBC şərhçisi Sebastyan Uşer, ölkələri ciddi insan haqları pozuntularına yol verən dövlətlərə xarici hərbi müdaxilənin lehinə
və əleyhinə olan arqumentlərə nəzər salır:
Günahsız insanlar yaşadıqları ölkə hökumətinin atdığı addımlar ucbatından öldürüləndə və uşaqlar aclıqla üz-üz qalanda bu hadisələri izləyən dünya ictimaiyyətinin reaksiyası belə olur: nə isə etmək lazımdır, dünya müdaxilə etməlidir. Bu yaxınlarda Nərgiz siklonunun qurbanları olmuş insanlara xarici yardımın göstərilməsinə mane olan Birma hökumətilə bağlı da belə olmuşdu. Sudanın darfur əyalətində baş verənlər, Zimbabvedəki son hadisələr də indi eyni reaksiya ilə qarşılaşır. BBC-nin məhşur təhqiqatçı jurnalisti Ceremi Pəksmanın son verilişlərindən birində ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Jendai Freyzaya verdiyi sualdan da bu aydın idi: CP: "Hansı məqamda belə qərara gəlirsiz ki, hərbi müfaxilə yeganə həll yoludur?" JF: "Düşünürəm ki, bizim diplomatik yolla həll etməli olduğumuz çox iş var. İlk dəfədir ki, Amerikanın sədrliyi altında BMT Təhlükəsizlik Şurası rəsmən Zimbabve məsələsini müzakirə edir. Bu yalnız birinci addımdır. Ancaq fikrimcə ki, danışıqlar bizim bu mərhələdə etməli olduğumuz ilk işdir. " CP: "Zimbabve hökumətinin BMT-yə verdiyi reaksiyanı və BMT missiyasını ölkədən çıxarmasını nəzərə alsaq, sizcə oradakı insanlara bir təhlükə yoxdurmu, onların öz hökumətindən qorunmaq üçün xaricdən müdafiəyə ehtiyacı yoxdurmu?" JF: "Əlbəttə ki, orada insanlara bu gün ehtiyacı olduqları müdafiə yoxdur. Öz hökumətləri onları döyür, öldürür. Yəni Zimbabvedə insanların bu gün müdafiəyə ehtiyacı var. " Jendai Freyzerin ehtiyatlı cavabı beynəlxalq ictimaiyyətin Zimbabve kimi kənarda yerləşən ölkənin daxili problemlərilə dərindən məşğul olmağa könülsüzlüyünü əks etdirir. Ancaq ölkələrə müdaxiləyə ciddi dəstək verilməsindən 3 ildən də az bir müddət keçib. Nyu Yorkdan, Human Rayts Voç təşkilatından Stiv Kroşo xatırlayır:
"İnsanların müdafiəsi ilə bağlı cavabdehlik 2005-ci ildə keçirilən dünya sammitində öz formal təsdiqini almışdı. orada deyilmişdi ki, bütün hökumətlər mülki şəxsləri, onlar soyqırım, müharibə cinayətləri, insanlığa qarşı cinayətlərlə üz-üzə olduqları zaman qorumağa məsuliyyət daşıyırlar. Yəni kənardakı hökumətlər bunun qarşısını almalıdırlar və lazım olduğu zaman bu hallara reaksiya verməlidirlər." Bu razılaşmanı qoruyub saxlamaq məsələsi mübahisəlidir, çünki həmin razılaşmada deyilir ki, beynəlxalq cəmiyyət lazım gədliyi zaman əzilmək riski qarşısında olan insanları qorumaq üçün güc tətbiq etməyə məsuliyyət daşıyır. Ancaq təəccüblü deyil ki, bu razılaşma hələ təcrübədən keçiriliməyib. İrəli atılan bir addım odur ki, baş katib Ban Ki Mun bu məsələ ilə bağlı xüsusi məsləhətçi təyin edib. Onun rolunun bir hissəsi məhz risk qarşısında olan mülki şəxslərin qorunması məsələsində irəliləyişə dair konsensusu gündəliyə çıxarmaqdır. Həmin xüsusi nümayəndə Nyu Yorkdakı Kolumbiya Universitenin professoru Edvard Lakdır. O deyir ki, güc vasitəsilə insanların qorunması naminə müdaxilə işləri üçün legal baza mövcuddur. "Əgər insanların qorunması üçün müdaxilə hərbi güc tətbiqi tələb edirsə, o zaman buna qərar BMT-nin TŞ tərəfindən verilməlidir. Digər hərbi olmayan müdaxilələr də ola bilər. Ancaq bir çox hallarda təsəvvür budur ki, humanitar müdaxiləyə həmin ölkənin hökuməti tərəfindən razılıq yoxdur və hökumət tərəfindən razılıq yoxdursa, bu, nəticəsi bir çox hallarda uğurlu olmayan mürəkkəb təşəbbüsdür."
İnsanların qorunması üçün müdaxilənin əsas dilemması da elə budur, çünki bu müdaxilə hökumətin razılığına qarşı bir qərardır. Ancaq əgər hökumət öz vətəndaşlarının ölümünə qərar verirsə, müdaxiləyə ehtiyac var. 1990-cı illərin ortalarında Ruandada törədilmiş və dünyanın, qarşısını almaq üçün heç bir addım atmadığı soyqırım, müdaxiləni mənəvi borca çevirdi. Stiv Kruşonun fikrincə, insanların qorunması üçün müdaxilənin əsaslandırılması və onun nə zaman lazım olduğunun müəyyənləşdirilməsi barədə fikirlər son illər ərzində dəyişib. "Ruandada 1994-cü ildə törədilmiş soyqırım, ondan bir il sonra Srebrenitsada baş verən kütləvi qırğınlarda insanların qorunmağa ehtiyacı vardı." 1990-cı ilin sonlarında isə beynəlxalq ictimaiyyət dinc insanlar təhlükə altında olduğu zaman ölkələrə müdaxilə etməyə hazır olduğunu göstərdi. Kosovoda və Syera Leonedə hərbi güc tətbiq olundu və nəticəsi uğurlu oldu. Şərqi Timor və Liberiyaya güc müdaxiləsi edilməsindən də çox vaxt keçməyib. Ancaq İraqa müdaxilə və onun nəticələri insanların qorunması naminə edilmiş müdaxilə təsəvvürlərinə kölgə saldı. Siyasi şərhçi Devid Rith bu məsələ barəsində çox yazıb. O deyir ki, əvvəllər müdaxiləni dəstəkləyən özü kimi bir çoxları İraq məsələsindən sonra fikirlərini dəyişiblər və artıq müdaxilənin əleyhinə çıxırlar. "Məsələ bundadır ki, "insanların qorunması üçün edilmiş müdaxilə", "insan haqları naminə müdaxilə" kimi terminlər artıq sual altına düşüb. İnsanlar artıq düşünür ki İraqa müdaxilə zamanı insan haqları, insanlıq kimi ideyaları bayraq elədilər və bundan yararlandılar." Devid Rith daha da uzağa gedir və deyir ki, insanların qorunması üçün müdaxiləni tələb edənlər onun real nəticələrindən yaxalarını kənara çəkirlər.
"Biz insanların qorunması üçün müdaxilə sözünü işlədirik, çünki biz daha uyğun sözü işlətməkdən çəkinirik. Bu söz müharibədir." Human Rayts Uotç təşkilatından Stiv Kruşo isə deyir ki, hərbi gücdən istifadə yalnız son əlacdır. "Bəzən müzakirələr zamanı heç nədən hərbi müdaxiləyə qərar verirlər. Bütün hərbi müdaxilələrdən öncə düşünmək lazımdır. Bu məsələdə bütün öncəki uğursuzluqlar təhlil olunmalıdır." Zimbabveyə mümkün hərbi müdaxilə barədə söhbətlərə baxmayaraq, bunun həyata keçirilməsi bir qədər qaranlıq görünür. Əvəzində isə beynəlxalq ictimaiyyət ümid edir ki, prezident müqabeyə kifayət qədər təzyiq göstərə bilər və danışıqlar yolu ilə həll güc tətbiq etmədən mümkün ola bilər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||