 |
|
| AŞPA prezidenti Luis Mariya de Pui |
Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Pui iyulun 1-də Azərbaycana 2 günlük səfərə gəlir.
AŞPA prezidentinin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə və xarici işlər naziri
Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
Görüşlərin və müzakirələrin məqsədi Azərbaycanın AŞPA qarşısında öhdəliklərini, yay sessiyasında Azərbaycan üzrə qəbul edilmiz
son qətnaməni yerinə yetirməsinin gedişi ilə tanış olmaqdır.
Bir neçə gün əvvəl Luis Mariya de Pui jurnalistələrə bildirib ki, onu Ermənistanda və Azərbaycandakı vəziyyət maraqlandırır
və o, vəziyyəti yoxlamaq üçün bu ölkələrə səfər etmək niyyətindədir.
|