 |
|
| Hamilə qadın bu yeməklərdən sui-istifadə etməməlidir |
Hamiləlik zamanı və ya uşaq əmizdirən dövrdə yağlı, emaldan keçirilimiş yeməklər uşağa uzunmüddətli ziyan vura bilər.
Bunu heyvanlar üzərində aparılmış sınaqlar göstərib.
Siçovulların balalarının qanında yağın səviyyəsi və əsas orqanlarının üzərində piy normadan xeyli çox olub.
Bu heyvanların özləri hətta sonradan sağlam qidalansalar da, onlarda şəkər xəstəliyi riski yüksək olaraq qalıb.
Kral Baytarlıq Kollecinin bu araşdırması ilə The Journal of Physiology -də tanış olmaq olar.
|