BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 01 İyul, 2008 - Published 14:29 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Danimarka ən "xoşbəxt" ölkədir, Azərbaycansa "xoşbəxt"
 
Danimarka
Dünyanın ən xoşbəxt insanları burada yaşayırlar
Uorld Valyuz Sörvey adlı qlobal sosioloqlar qrupu belə bir qərara gəlib ki, Danimarka xalq özünü dünyada ən xoşbəxt xalq sayır.

Ən bəxtsiz insanlar, rəy sorğusuna görə, Zimbabvedə yaşayırlar.

Qrup 1981-ci ildən bəri müxtəlif ölkələrdə rəy sorğuları təşkil edir.

Respondentlərə iki sual verilib: "Siz özünüzü ümumən çox xoşbəxt, kifayət qədər xoşbəxt, o qədər də xoşbət yox, yoxsa bəxtsiz hesab edirsiniz?" və "Bu günə öz həyatınızdan nə dərəcədə razısınız?"

Post-sovet dövlətlərinin əksəriyyəti 97 ölkə arasında son yerləri tuturlar.

Beləki, Rusiya siyahıda 88-ci yeri tutur. Ondan sonra isə Gürcüstan gəlir.

Onlardan da "qeyri-xoşbəxt" Ukrayna, Belarus, Moldova və Ermənistandır. Nəhayət sonuncu yeri Zimbabve tutur.

Keçmiş sovet məkanından "xoşbəxtlər" siyahısına cəmi iki ölkə daxil olub. Qırğızıstan və Azərbaycan.

Ən xoşbəxtlər isə belə düzülüblər - Danimarka, Puerto-Riko, Kolumbiya, İslandiya və Şimali İrlandiya. ABŞ 16-cı yerdədir.

Sosioloqların rəhbəri, Miçiqan Universitetinin politoloqu Ronald İnqlxart hesab edir ki, Danimarkanın yüksək göstəricisi ölkənin dinc və kifayət qədər zəngin olması ilə əlaqədadır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik