30 İyun, 2008 - Published 11:56 GMT
Nikolə Sarkozinin liderlik etdiyi Fransanın Avropa Birliyində prezidentliyi üçün nəhəng planları var.
Məhz Fransanın üzərinə Avropanın mühacirət qanunlarını bir qaydaya salmaq və sərtləşdirmək düşür.
Fransa həmçinin Avropa Birlyinin karbon tullantılarını azaltmaq naminə çağırışlarını həyata keçirməli olacaqdır.
Bu yaxınlarda Fransa ilə Almaniya arasında avtomobil sənayesinin karbon tullantılarına dair əldə edilmiş saziş bu məqsədə nail olmağa yardım edəcək.
Lakin bununla da xoş xəbərlər bitmiş olur. Prezident Sarkozi artıq Avropanın Aralıq dənizi adlandırılan yeni təşəbbüsü üçün planlarını geri çəkməyə məcbur olub.
Bununla belə, bir-iki həftədən sonra Avropa Birliyinin Aralıq dənizi bölgəsindəki qonşuları ilə yüksək səviyyəli sammitləri olacaq.
Bundan başqa, burada İrlandiya referendumunun fəsadları var.
Cənab Sarkozi gələn həftə özü şəxsən Dublinə yollanır. Lakin bu səfərin vəziyyətə kömək edib-etməyəcəyi bəlli deyil.
İrlandiya referendumuna cavab olaraq o, Avropa Birlyinin sıravi vətəndaşları narahat edən məsələlərə diqqət yetirməsini istəyir.
Bu, onun yanacaq qiymətləri kimi gündəliyi ilə üst üstə düşür.
Məsələ burasındadır ki, İrlandiyanın Avropa Birliyinin Konstitusiyasına dair referendumdan çıxıb-çıxmayacağı hələ bəlli deyil.
Bu məsələ, şübhəsiz ki, Fransanın Avropa Birliyi üzərində prezidentliyini sarsıda bilər.
Ehtimal olunur ki, İrlandiyanın başlıca narahatlığı onun bitərəflik statusu ilə bağlıdır.
Belə halda isə Fransa özünün Avropa Birliyi üçün daha güclü müdafiə planını həyata keçirməkdə çətinlik çəkə bilər.
Bu cəbhədə cənab Sarkozinin planları Fransanın NATO ilə daha sıx əlaqələrini nəzərdə tutur.
Sarkozinin məsləhətçilərindən birinin dediyi kimi, "Daha geniş Avropa üçün daha geniş NATO" olmalıdır.