http://www.bbcazeri.com

29 İyun, 2008 - Published 11:52 GMT

Abxaziyada partlayışlar olub

Gürcüstanın Abxaziya regionunda baş verən partlayışlar nəticəsində altı nəfər yaralanıb.

Üsyançı lideri Sergey Baqapş Gürcüstan hökumətini hücumları törətməkdə günahlandırıb.

Partlayışlar Qara Dənizin Qaqrı şəhərində olub.

İlin bu vaxtı bu şəhər Rusiyadan gəlmiş turistlərlə dolu olur.

Ötən həftə Kremldə Rusiya prezidenti ilə görüşən cənab Baqapş deyib ki, Gürcüstan Abxaziyadakı sabitliyi pozmaq istəyir və dövlət səviyyəsində terrorizmlə məşğuldur.