BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 İyun, 2008 - Published 13:13 GMT
 
Dostunuza göndərin   Çap versiyası
BMT: "Zimbabve - Afrika liderlərinin həqiqət anıdır"
 
Prezident Muqabe
BMT-nin yüksək vəzifəli rəsmisi Afrika liderlərinə onların Zimbabve məsələsi ilə əlaqədar həqiqət anı ilə üz üzə gəldiklərini deyib.

BMT baş katibinin müavini Aşha-Rouz Migiro Afrika Birliyi ölkələrinin Misirdə keçən sammitində deyib ki, Zimbabvedə Robert Muqabenin yenidən prezident vəzifəsinə seçilməsi ətrafında yaranmış böhran olduqça çiddidir.

Cənab Muqabenin özü həmin sammit də iştirak edir və bu çıxışı şəxsən eşidib.

Zirvə görüşünü işıqlandıran BBC müxbiri deyir ki, Muqabenin bu toplantıda iştirak etməsi digər Afrika liderlərini çox pis vəziyyətdə qoymuş olur.

Afrika Birliyinin seçkilər üzrə monitorinq qurumuna görə, ötən cümə günü keçirilmiş seçkilər demokratik standarlardan çox uzaq idi.

Həmin seçkilərdə Muqabe yeganə namizəd idi. Afrika Birliyinin liderləri hazırda tək-bə-tək görüşlər keçirirlər.

Müşahidəçilərin dediyinə görə, onların Zimbabve böhranına münasibəti Afrika Birliyinin nə dərəcədə təsirli bir qurum olduğunu sınağa çəkmiş olacaq.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik