BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 İyun, 2008 - Published 02:23 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Ukrayna prezidenti Azərbaycana səfər edir
 
Viktor Yuşenko
Viktor Yuşenko
Ukrayna prezidenti Viktor Yuşenko 30 iyun - 1 iyul tarixlərində Azərbaycana işgüzar səfərə gələcək.

Ukraynanın Bakıdakı səfiri Boris Klimçukun bildirdiyinə görə, səfər çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək və geniş tərkibli görüşləri keçiriləcək.

Bundan başqa, Yuşenko Bakıda Taras Şevçenkonun abidəsinin açılış mərasimində və Yaşıl Teatrda Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin açılışı mərasimində iştirak edəcək.

Konsertdə Ukraynanın Qutsul Milli Mahnı və Rəqs ansamblı və banduraçılar Kapellası çıxış edəcək.

Bununla yanaşı, Azərbaycan incəsənət ustalarının Ukrayna mahnılarını ifa edəcəkləri planlaşdırılıb.

Bundan başqa, Yuşenko Azərbaycanda Ukrayna səfirliyinin tikintisi üçün ayrılmış yerə baxacaq.

Onun sözlərinə görə, 0,85 ha sahəsi olan ərazi Xətai rayonunda, Katolik kilsəsi və "Amay" ticarət mərkəzinin yaxınlığında ayrılıb.

Səfirlik binasının layihəsi Azərbaycan memarları tərəfindən işlənəcək və Ukrayna və Azərbaycan memarlıq üslublarını birləşdirəcək.

Ukrayna prezidentinin səfəri üçün səfirliyin gələcək binalar kompleksinin bir neçə eskizi hazırlanıb.

Bu, səfirlik, konsulluq, mədəniyyət-informasiya mərkəzinin binalarından ibarətdir. Səfər çərçivəsində Heydər Əliyev Fonduna "Boqdan" məktəb avtobusu hədiyyə ediləcək.

Yeri gəlmişkən, Yuşenkonun səfəri ərəfəsində Bakıya bu markalı avtobuslar istehsal edən şirkətin nümayəndə heyəti gələcək.

Onlar Yaponiyanın "İsuzu" avtobusu əsasında yığılır.

Səfirin sözlərinə görə, Azərbaycanda kütləvi şəkildə məktəb tikintisi gedir və məktəblərin maddi-texniki bazası təzələnir və bununla əlaqədar olaraq, gənc sərnişinlər üçün yüksək təhlükəsizlik tədbirləri ilə fərqlənən "Boqdan" məktəb avtobuslarının ixracı perspektivi var.

Səfir həmçinin bildirib ki, Azərbaycana xüsusi "Tavriya" avtomobillərinin ixracı imkanlarının öyrənilməsi nəzərdə tutulub.

Klimçuk həmçinin dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq üçün potensial olduğunu bildirib. Xüsusən, Ukrayna tərəfi vaqon, şpal və dəmiryol infrastrukturuna aid başqa məhsullar ilə təmin edə bilər.

Yuşenkonun iki ölkənin energetika idarələrinin rəhbərləri ilə görüşüb görüşməyəcəyi barədə suala cavabda səfir bildirib ki, buna ehtiyac yoxdur, belə ki, dövlət başçıları artıq müvafiq idarələrə tapşırıqlar veriblər.

Səfir həmçinin bildirib ki, iyulun ortalarında Kiyevdə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 8-ci iclası keçiriləcək.

Bu yaxınlarda Ukrayna müdafiə naziri Yuri Yexanurovun Bakıya səfərinin yekunlarını şərh etmək xahişinə cavabda Klimçuk bildirib ki, "müsbət nəticələr var". Lakin o, müfəssəl məlumat verməyib.

Bu zaman səfir hərbi-texniki əməkdaşlıq sahəsində yaxşı perspektivlər olduğunu bildirib.

O, Dnetropetrovskda "Cənub" KB imkanlarına diqqət çəkib. Yuşenkonun Azərbaycana səfəri iyulun 1-də başa çatacaq.

Bakıdan o, Gürcüstana yola düşəcək, iyulun 1-2-də Batumidə QUAM sammiti keçiriləcək

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik