BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 İyun, 2008 - Published 10:53 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Tunquska partlayışının 100 ili tamam olur
 
Düz 100 il bundan əvvəl Yer kürəsini sözün əsl mənasında sarsıtmış bir hadisə baş vermişdir.

Sibirin Tunquska çayı ətrafındakı nəhəng bir sahə kometa və ya asteroidin hissəsi tərəfindən dağıdılmışdır.

Həmin obyekt havada partlayaraq 80 milyon ağaçı məhv etmişdir.

Şahidlərin dediyinə görə, bu, Sibirdə ikinci Günəşə bənzər bir partlayış idi.

Ərazini səhər çağları sarsıtmış bu partlayıçın əks-sədası 500 kilometr aralıqda səslənmişdir.

2 min kvadrat kilometrlik meşə sahəsi məhv olmuşdur.

Partlayış qüvvəsi min dənə Hirosima bombasına bərabər idi.

Asteroid qalın tayqaya düşdüyündən insanlar arasında ölüm halları doğurmamışdır.

On illər uzunu bu dağıntıların səbəbi kəskin mübahisələr mövzusu olub. Bu, nə idi: kometa? Asteriod?

Partlayışın baş verdiyi ərazidə krater yaranmamışdır və bu, Tunquska partlayışı ətrafında müəmmaları daha da gücləndirir.

Kimi, bunun qara deşik, kimi isə uçan boşqabın nəbəticəsi olduğunu fərz edir.

Lakin alimlərin dediyinə görə, Tunquska fenomeninin səbəbi daha sadədir - bu, çox güman ki, diametri 30-60 metr arası olan asteroid idi.

Alimlər onu da deyirlər ki, bugünlər Yer kürəsinə bu kimi kiçik fəza obyekti yaxınlaşmaqda olsa, teleskop və digər müasir avadanlıqlar onu qeydə almaya bilərlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik