BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 İyun, 2008 - Published 13:24 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Müqavimətli vərəmin diaqnozunun yeni molekulyar metodu
 
Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dərmanlara müqaviməti olan vərəm hallarının yalnız 2 faizinə düzgün diaqnoz qoyulur və xəstələyə lazımi müalicə kursu müəyyən edilir.

Hazırda diaqnozun qoyulmasına 2-3 ay tələb olunur. Lakin bu zaman ərzində vərəmin müqavimətli növünün başqalarına keçməsi mümkündür.

Çoxları elə düzgün müalicə almayaraq vəfat edirlər.

Bu gün açıqlanmış təşəbbüs müqavimətli vərəmin diaqnozunun yeni molekulyar metodunu təklif edir.

Belə ki, analizin nəticələrini 2 gündən sonra dəqiq demək mümkün olacaq.

26 milyon dollarlıq qrantlar sayəsində ÜST ölkələrə öz laboratoriyalarından yeni testləri həyata keçirmək üçün avadanlıqla təchiz edəcək.

Bundan başqa, daha 34 milyon dollar müqavimətli vərəmin müalicəsi üçün lazım olan dərmanların tədarükünə və onların qiymətlərinin 20 faizə kimi azaldılmasına sərf ediləcək.

ÜST deyir ki, yeni təşəbbüslər vərəmlə qlobal mübarizəyə əhəmiyyətli təsirə malik olacaq.

Vərəmin dərmana müqavimətli formasına hər il yarım milyon adam tutulur.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik