|
Britaniya: Milli Səhiyyə Xidmətinin 60 ili tamam olur
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İngilis abbreviaturasinda NHS adlandırılan bu qurum vergilərdən əldə olunan vəsait hesabına ölkədə yaşayanlar üçün pulsuz səhiyyə xidmətini təmin edir. NHS yaxud da Britaniyanın Milli Səhiyyə Xidməti Leyborist partiyası hökuməti tərəfindən ehtiyaç içində yaşayanlar üçün mühüm dəstək mənbəyi kimi nəzərdə tutulmuşdur. Ölkənin o vaxtkı Səhiyyə naziri Anürin Bevanın dediyi kimi, bu sistem Britaniyaya dünyada mənəvi liderlik verəcək. NHS İkinçi Dünya müharibəsinin doğurduğu sosial çətinliklərdən irəli gəlmişdir. O dövrün siyasətçiləri hesab edirdilər ki, əgər ölkə müharibəyə bu qədər vəsait xərcləyə bilibsə, dinc zəmanədə maliyyə vəsaitləri sosial və ictimai məqsədlərə yönəldilməlidir. Müharibədən əvvəl Britaniyada səhiyyə xidməti özəl, bələdiyyə və xeyriyyə sxemləri əsasında qurulmuşdur. Bu, lotoreyaya bənzər bir sistem idi. Bir sıra ərazilərdə pulsuz tibbi xidmət ya qeyri-bərabər idi, ya ümumiyyətlə mövcud deyildir. Yeni milli sistemin məqsədi isə ölkə boyunca eyni prinsiplər əsasında ümum-milli səhiyyə xidmətini təmin etmək idi. Qurum bir başa vergi gəlirləri hesabına fəaliyyət göstərir. Yəni, prinsip belə idi ki, hər kəsin burada payı var və hər kəs eyni dərəcədə bu xidmətdən faydalana bilər. Britaniyada yaşayanlar GP və yaxud da ümumi terapevt kimi müəyyənləşdirilə bilən həkimlər qrupunda qeydiyyata alınırlar. NHS pulsuz tibbi məsləhətlər və xəstəxana xərclərini nəzərdə tutur. NHS yaranandan bəri dünyanın bir çox digər ölkələri də özlərinin pulsuz səhiyyə xidmətini yaratmışlar. İndi onların əksəriyyəti ya bir başa vergilərdən, ya sığortalanma yatırımları hesabına fəaliyyət göstərirlər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||