BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 İyun, 2008 - Published 09:56 GMT
 
Dostunuza göndərin   Çap versiyası
İraq neftinə böyük xarici şirkətlər dəvət olunub
 
İraq hökuməti ölkənin nəhəng neft ehtiyatlarının işlənilməsi üçün xarici yardımın artırılmasını nəzərdə tutan yeni planlar açıqalyıb.

Bu məqsədlə dünyanın 4 aparıcı neft şirkətləri olan BP, Exxon Mobil, Shell və Total kompaniyaları ilə uzunmüddətli sazişlər əldə olunub.

Bir sıra digər xarici şirkətlər isə neft hasılatını artırmaq üçün texniki yardım təmin etmək üçün dəvət olunublar.

Yeni plan İraqın əsas neft yataqalrından 6-nı əhatə edir. Onlardan bəziləri dünyanın ən böyük neft yataqları hesab olunurlar.

Onların həm də gələcəkdə son dərəcədə böyük potensiala malik olduğu zənn edilir.

Həmin yataqlarda 115 milyard barrel neftin olduğu təxmin edilir.

Ümid olunur ki, xarici yardım sayəsində növbəti 2 il ərzində İraqın neft hasilatı hazırki gündə 2 milyon yarın barreldən 3 milyon barrülə qədər artacaq.

Bu isə ölkə iqtisadiyyatına güclü təkan verəcək.

Bir çoxlarının zənnincə, İraqın işlənilməmiş neft sərvətləri Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi müdaxilə etməsinin əsas səbəbi idi, halbuki Amerikanın özü bu amili təkidlə rədd edir.

Təəcüblü deyil ki, Rusiya, Çin və Hindistan, eləcə də Avropa və Amerikanın özünün onlarla şirkəti İraqdakı bu işlərə cəlb olunmağa can atırlar.

Lakin bu məsələdə əsaslı bir irəliləyiş baş verənə qədər İraq parlamenti Neft Qanunu razılaşdırmalıdır.

Bu qanun çərçivəsində neft gəlirlərinin ölkə daxilində neçə paylaşdırılacağı müəyyən edilməlidir, bu isə, bir çox təhlilçilərin fikrincə, çətin bir iş ola bilər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik