|
Forbes və dünya ölkələrinin biznes reytinqi
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycana qonşu Ermənistan və Gürcüstan isə 63 və 68-ci yerdədirlər. Amerikalı jurnalın cədvəli əsas iqtisadi gösətiricilərdən savayı, həm də iqtisadi və şəxsi azadlıqları da nəzərə alır. Bakıdakı ekspertlər biznes-reytinqin Azərbaycanda biznes mühitin heç də ideal durumda olmadığının göstəricisi kimi dəyərləndirirlər. Halbuki, rəsmilər son zamanlar ölkənin dinamik inkişaf etdiyində israr edirlər. Forbes jurnalının biznes reytinqi işsizlik, inflyasiya və ümumi daxili məhsulun həcmi kimi amillərdən savayı bir sıra iqtiadi azadlıqları da nəzərə alır. O cümlədən, özəl mülkiyyətin toxunulmazlığı, məmur təbəqəsinin sahibkarlığa müdaxilə dərəcəsi, korrupsiya və vergi sistemin təkmilliyi. Bu sahədə isə Azərnbaycanın ünvanına son zamanlar həm yerli iqtisadi araşdırma qurumlarından, həm də beynəlxalq maliyyə təsisatlarından tənqidlər səslənir. Elə Dünya Bankının son hesabatını xatırlamaq yerinə düşərdi. Amma Bakıda bu kimi reytinq-cədvəllərin heç də həmişə həqiqəti əks etdirmədiyni düşünürlər. MM-in iqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov deyir ki, biznes-reytinqlər bəzən ən son statistik məlumatlara əsaslanmır. "İndi Azərbaycanda yaxşı biznes mühit var və bunun ən ciddi təminatçısı mövcud siyasi sabitlikdir". Amma Azərbaycanda biznes mühitin hələ ciddi təkmilləşdirlməyə eytiyacı olduğu qənaətində olanlar da var. Millət vəkili Vahid Əhmədovun qənaətincə, Azərbaycan iqtisadiyyatı hələ kifayət qədər liberal deyil. Onun zənnincə, "bürokratik aparatın iqtisadiyyata müdaxiləsi" ölkədə iş qurmaq istəyənlərin arzusunu gözündə qoyur. Müşahidəçilər hesab edir ki, bütün bunlar Azərbaycanı xarici sərmayadarların gözündə qeyri-cəlbedici bir ölkə edir. Və artıq bunun ilk simptomları öznünü büruzə verməyə başlayıb. Belə ki statistik məlumatlara görə, ötən illə müqayisədə cari ilin ilk 5 ayı ərzində Azərbaycana yatırılan xarici sərmayələrin həcmi 9 % azalıb. İqtisadi Araşdırmalar Mərkəzindən Qubad İbadoğlu hesab edir ki, bütün bunların səbəblərindən biri də son illər bir sıra iri xarici investorlarla hökümət arasında yaşanmış mübahisələr oldu. Qubad İbadoğlu düşünür ki, Barmek, Fondel Metall və digər şirkətlərlə qalmaqallar iş adamlarını ehtiyatlandırıb. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||