|
Rusiya ilə Estoniya arasında diplomatik qalmaqal
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Estoniya prezidenti Toomas Hendrik İlves Rusiya Dumasının komitə rəhbəri Konstantin Kosaçovun Estoniya ilə bağlı çıxışına etiraz əlaməti olaraq iclas zalını tərk edib. Eston tərəfi bu çıxışı yersiz və təhqiramiz adlandırıb, öz növbəsində, Moskvada cənab İlvesin özünün çıxışından narazıdır. Qeyd olunur ki, prezidentin çıxışında separatist çağırışları sezmək olardı. Cənab İlves bunu təkzib edir. Xantı-Mansiyskdə keçən fin-uqor xalqlarının Ümüdünya Konqresində Estoniya və Rusiya liderlərindən başqa Macarıstan və Finlyandiya başçıları da iştirak edirdilər. Macarlar, finlər və estonlar fin-uqor xalqlarına mənsubdurlar. Eyni ilə Rusiyada yaşayan mordvalılar, udmurtlar, marilər, komilər, xantılar, mansilər də fin-uqorlardı. Ümumən Rusiyada təxminən 3 milyon fin-uqor xalqlarının nümayəndələri yaşayır və bu baxımdan da bu xalqların növbəti ümumi konqresinin məhz Rusiyada keçirilməsi qərarı çıxarılmışdır. Ümumən dil və mədəniyyət problemlərini müzakirə etməli konqres böyük siyasi qalmaqalla bitdi. Rusiya Dumasının beynəlxalq münasibətlər komitəsinin sədri Konstantin Kosaçov Estoniyanı oradakı rus azlığı ilə bağlı siyasətini sərt tənqid edib. Buna etiraz olaraq prezident İlvesin başçılıq etdiyi Estoniya nümayəndə heyyəti iclas zalını tərk edib. Cənab Kosaçovun özü Estoniya tərəfinin hərəkətini anlamadığını bildirir: "Mən bizim eston tərəfkeşlərimizi fin-uqor hərəkətinin siyasiləşdirilməsindən imtina etməsinə çağırmışam. Məsələn, daima eston tərəfi Rusiyadakı mariy-el xalqının vəziyyəti ilə bağlı narazılığını bildirir. Yəqin, bu onların xoşuna gəlməyib və belə reaksiya da buradandır". Öz növbəsində, Estoniya prezidenti BBC-yə müsahibəsində çıxışı yersiz və konqresin atmosferinə zidd adlandırıb. O bildirib ki, Estoniyanın dövlət başçısının, onun təbirincə, belə böhtanı dinləməsinə ehtiyacı yoxdur. Rusiya nümayəndələri bildirirlər ki, əsas problem məhz prezident İlvesin özünün çıxışındadır. Cənab İlves Xantı-Mansiyskdə bəyan edib ki, Rusiya və sonra Sovet İttifaqından müstəqilliyin nail olunması eston xalğının milli özünəməxsuzluğu üçün zəruri olub. Prezidentə görə, bir çox fin-uqor xalqları bu seçimi gələcəkdə etməlidirlər. Rusiyada bəzi siyasətçilər cənab İlvesin bu sözlərində üstü örtülü şəkildə Rusiyanın fin-uqor xalqlarına öz müqəddaratını təyin etmək çağırışı görüblər. Öz növbəsində, prezident İlves bildirib ki, onun çıxışından bir-iki cümlə qopardıb istənilən kontekst yaratmaq düzgün deyil və ümumən çıxışa siyasi çağırış kimi baxmaq yersizdir: "Əgər siz mənim çıxışımı oxusanız, görərsiniz ki, bu, klassik humanist bir çıxışdır. Bu, qeyri-siyasi bir çıxışdır, mədəni müxtəlifliyin qiymətini vurğulayan fəlsəfi bir çıxışdır. Məncə, konqresdə mənim çıxışımı həmkarlarımdan kimsə oxusa idi, heç bir problem yaranmazdı". Hələ ki Moskva-Tallin münasibətləri yeni gərginlik dövrünü yaşayır. Bir çoxları Estoniya və Rusiya prezidentlərinin Xantı-Mansiysk görüşündə nisbi sakitləşməyə nail olunacağına ümid edirdilər. Ancaq həmin görüşü tərəflər ciddi irəliləş kimi qiymətləndirmirlər. Rusiya prezidentinin köməkçisi Serqe Prixodko isə bildirib ki, "biz bundan da səmimi və mehriban görüşlər görmüşük". |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||