|
Amerikanın dövlət katibi Çinə iki günlük səfər gəlib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kondoliza Rays Çinə səfərini Siçuan əyalətindən başlayıb.
Bu 80 mindən artıq insanın ötən ay baş vermiş zəlzələ zamanı öldüyü yerdir. Xanım Rays zəlzələdən zərər çəkmiş bu əraziyə səfər edən ən yüksək rütbəli Amerika rəsmisidir. Onun növbəti dayanacağı Pekin olacaq. ABŞ-ın dövlət katibi Çin liderlərilə bir çox məsələlər barədə müzakirələr aparacaq. Onlar çox güman ki, danışıqlara Şimali Koreyanı müzakirə etməklə başlayacaqlar. Çin Şimali Koreyanı nüvə silahı proqramına son qoymağa çağıran tərəflərin daim görüşdüyü yerdir. Şimali Koreya öz nüvə fəaliyyətini elan etdikdən və nüvə reaktorunun qülləsini dağıtdıqdan sonra hazırda bu proses özünün xüsusi məqamını yaşayır. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||