|
Muqabe seçkilərin ikinci mərhələsində qələbə çaldığını deyir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Zimbabve lideri Robert Muqabe prezident seçkilərinin ikinci mərhələsində qələbə çaldığını bildirib.
O, bu turda yeganə namizəd idi. Müxalifət lideri Morqan Çanqiray seçkilərin ikinci mərhələsindən imtina edib. Buna səbəb onun təbirincə desək, geniş yayılmış zorakılıq halları və öz tərəfdarlarına qarşı hədələr idi. Cənab Çanqiray andiçmə mərasiminə qatılmaq təklifindən imtina edib. O bunun mənasız olduğunu deyib. Eyni zamanda cənab Muqabe ölkədəki siyasi böhranı çözmək üçün müxalifətlə danışıqlara hazır olduğunu bildirib. Bu arada seçki prosesi geniş şəkildə tənqid olunmaqdadır. Afrika partlament müşahidə missiyasının başçısı səsvermənin nə ədalətli, nə də azad olmadığını bildirib. Buna səbəb kimi o, mühitin uyğun olmadığını göstərib. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||